AZ

"Təklif edirəm ki, ATU-da Azərbaycan vətəndașları üçün ödəniș ləğv edilsin!" - QHT sədri

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının artırılması ilə bağlı açıqlama verib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan həkim çatışmazlığından əziyyət çəkən ölkələrdən biridir və xüsusilə regionlarda ixtisaslaşmış həkimlərin sayı çox azdır:

"Əhalinin aztəminatlı hissəsi regionlardan olduğu bir dönəmdə Azərbaycan Tibb Universitetinin ödənișləri 2000 manat qaldırması məntiqli deyil.
Ümumiyyətlə dövlətin universiteti niyə ödəniṣli olmalıdır? Nədən lazım olanda "2 dövlət, 1 millət" dediyimiz Türkiyənin təcrübəsindən istifadə olunmur. Türkiyədə bütün dövlət universitetləri ödənișsizdir.Hətta Dəyanət, Atatürk və Anadolu liseylərinin xarici ölkədən olan məzunları belə Türkiyənin dövlət universitetlərində pulsuz təhsil alır".

İlqar Hüseynli qeyd edib ki, Azərbaycanda isə bəzi ixtisaslarda təhsili stimullaşdırmaq əvəzinə fantastik ödənişlər tətbiq edilir və bunlardan biri də məhz tibb ixtisasıdır.

"Bunu tam abuturiyentlərin ixtisas seçimi öncəsi etməsi șübhəlidir və imkansız olub,amma ATU üçün yetərli bal toplayan gəncləri çəkindirmək məqsədi dașıyır. ATU qərarına yenidən baxmalıdır. Hesab edirəm ki, bu məsələyə dövlətin müdaxiləsi zərurətdir. Təklif edirəm ki, ATU-da Azərbaycan vətəndașları üçün ödəniș ləğv edilsin!".

 

Pərvanə Fərhadqızı

Seçilən
43
11
qht.az

10Mənbələr