AZ

Ötən il icbari tibbi sığorta hesabına nə qədər minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub?

Bakı. Trend:

Ötən il ərzində icbari tibbi sığorta hesabına 98 mindən çoxminimal invaziv cərrahiyyə əməliyyatı icra olunub.

Trendxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, minimal invaziv cərrahiyyə adlanan, kiçikkəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyatakeçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatınadaxildir.

Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi,qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətənbu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti vətravmatizasiya əhəmiyyətli dərəcədə azalır. 2024-cü il ərzində 98365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığortahesabına həyata keçirilib.

İcbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahixidmətlər bir sıra əsas sahələri əhatə edir. Ürək-damar sisteminəaid əməliyyatlar - müxtəlif lokalizasiyalı arteriyalara stentqoyulması, qapaqların endovaskulyar yolla dəyişdirilməsi, torakalvə abdominal aortaya endovaskulyar yolla qreft implantasiyası,damarların balonla genişləndirilməsi (balon valvuloplastika),aritmiyalara səbəb olan sahələrin ablasiyası və s. kimi müdaxilələrhəyati əhəmiyyət daşıyır.

Sinir sistemi və onurğa ilə bağlı icra olunan prosedurlararasında serebrospinal (likvor) maye dövranının çətinləşdiyi və yatamamilə mümkün olmadığı hallarda likvorun dövr etməsi üçün şuntyerləşdirilməsi, onurğa ağrılarından qurtarmaq üçün fasetdenervasiyası, kompession fəqərə sınıqlarında və sınıq riski olanfəqərə cisimlərinə sümük sementinin yeridilməsi (vertebroplastika)və bir çox digər müdaxilələr minimal travma ilə həyatakeçirilir.

Həzm sistemi üzvlərinin xəstəliklərində qida borusu, mədə,qaraciyər, öd kisəsi, mədəaltı vəzi, nazik və yoğun bağırsaqlarüzərində icra edilən bir çox əməliyyatların endoskopik vəlaparoskopik üsullarla icrası pasiyentlər üçün daha təhlükəsiz, azağrılı və bərpa müddətinin qısa olması ilə fərqlənir.

Urologiya istiqamətində də bir sıra minimal invaziv müdaxilələricbari tibbi sığorta təminatına daxildir. Bunlara misal olaraqböyrəkdə yığılan sidiyin ifrazına maneə yarandığı hallarda sidiyinxaric olunması üçün böyrək ləyəninə boru yerləşdirilməsi(nefrostomiya), böyrək, sidik axarları, sidik kisəsi daşlarının vəzədələnməsinin endoskopik yolla çıxarılması və destruksiyası,prostat vəzi üzərində sidik kanalından keçməklə icra edilənəməliyyatları göstərmək olar.

Ginekoloji sahədə isə uşaqlıq, yumurtalıqlar və fallop boruları,uşaqlıq yolu üzərində aparılan əməliyyatlar da (məs., miomanınçıxarılması (laparoskopik miomektomiya), uşaqlığın çıxarılması(histerektomiya), endometrioz ocaqlarının yandırılması(koaqulyasiya), eləcə də uşaqlıq sallanmasının aradan qaldırılmasıvə bir çox digər müdaxilələr) minimal invaziv üsulla icra olunabilər.

Bunlardan başqa döş qəfəsi orqanları və dayaq hərəkət sistemi(oynaq, sümük, əzələ və vətərlər) üzərində icra olunan minimalinvaziv əməliyyatlar da travmatizasiya, qan itkisi, ağrını minimumasalmaqla pasiyentlərin normal həyata daha tez dönməsinə xidmətedir.

Məlumat üçün bildirək ki, bu üsulla aparılan əməliyyatlardansonra sağalma müddəti 2-3 dəfə qısalır və infeksiya riski 40–60%azalır. Bu isə həm pasiyentin həyat keyfiyyətinə, həm də səhiyyəsisteminin səmərəliliyinə müsbət təsir göstərir.

İcbari tibbi sığorta hesabına təqdim olunan minimal invazivcərrahi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəkidövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiqelmi-tədqiqat institutlarında və göndərişlə İcbari Tibbi Sığortaüzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində(özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.Pasiyentlər bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailəhəkiminə və ya müvafiq ixtisaslı həkimə müraciət etməlidirlər.

Seçilən
29
50
az.trend.az

10Mənbələr