Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində Quba rayonu Alekseyevka kənd sakini, 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu "KİA" markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.
E.Əlimərdanov aldığı ağır bədən xəsarətlərindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı raşdırmalar aparılır.
Poliqon.info