AZ

Xərrazi Ermənistandan gələn gənc nazir müavinini danladı - Gürcüstan təşəkkür etdi

  İran İslam Respublikasının Strateji Xarici Siyasət Şurasının sədri Kamal Xərrazi Ermənistandan gələn nümayəndə heyəti ilə görüşündə sərt bəyanatla çıxış edib.

Referans   xəbər verir ki, o, Ermənistanla Azərbaycan arasında nəzərdə tutulan nəqliyyat dəhlizinə ABŞ şirkətlərinin investisiya və idarəçilik formatında qoşulmasına qarşı olduqlarını bildirib.

“Biz ABŞ-ın Ermənistanda istənilən formada iştirakı əleyhinəyik. Xüsusilə də nəqliyyat marşrutunun amerikalı şirkət tərəfindən idarə olunması bölgədə Vaşinqtonun gələcəkdə daha geniş müdaxilələrinə zəmin yarada bilər. Bu, İran üçün qəbuledilməzdir”, – deyə Xərrazi vurğulayıb.

Görüşdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Gülüstənyan iştirak edib. O, İrana İrəvana göstərdiyi dəstəyə görə təşəkkür edib və Ermənistanın xarici siyasət qərarlarında İranın maraq və “qırmızı xətlərinin” nəzərə alınmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, son həftələr Ermənistanla Azərbaycan arasında imzalanan razılaşmada Zəngəzur dəhlizinin ABŞ şirkətləri tərəfindən idarə olunacağı barədə müzakirələr gündəmdədir. İran isə bu prosesdə kənarda qalmaq istəmir və açıq şəkildə Vaşinqtonun bölgədə roluna qarşı çıxır/Musavar.com  

Seçilən
42
25
referans.az

10Mənbələr