
Sükan arxasında mobil telefondan istifadə təkcə qayda pozuntusu deyil, həm də özünü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində deyilir.
Bildirilib ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr aşağıdakılardır:
Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır;
Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir;
Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.