AZ

Xaçmazda qəza ölümlə nəticələnib

Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində Quba rayonu Alekseyevka kənd sakini, 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu "KİA" markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.

E.Əlimərdanov aldığı ağır bədən xəsarətlərindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
6
50
hafta.az

10Mənbələr