Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında planlaşdırılan görüş Bakı vaxtı ilə 21:15-də başlayacaq.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Görüşün gündəliyinə əsasən, ikitərəfli formatda danışıqlar üçün təqribən 1 saat vaxt ayrılıb.
Bununla yanaşı, Bakı vaxtı ilə 23:00-da Avropa ölkələrinin liderlərinin iştirakı ilə sammitin keçirilməsi gözlənilir. Avropa nümayəndə heyətinin tərkibinə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın hökumət başçısı Ciorcia Meloni, Almaniya Kansleri Fridrix Mertz, eləcə də Avropa Komissiyasının sədri Ursula von der Leyen daxil olacaq.
Eyni zamanda, görüşdə NATO Baş katibi Mark Rütte və ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin də iştirakı gözlənilir.
Xatırladaq ki, V.Zelenski artıq Vaşinqtondadır.