Aktual.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Salyan rayonu Abad kəndində kənd bələdiyyəsinin müraciəti əsasında şor kollektorunun qazılmasına maneə yaradan d57mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə əlaqədar bu gün saat 10:30-dan etibarən işlər başa çatanadək (ümumi 671 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.