AZ

Elektrik dirəkləri aşdı - 10-a yaxın iribuynuzlu heyvan tələf oldu

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar elektrik vurması nəticəsində tələf olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Zərbiəlli kəndində qeydə alınıb.

Kənd ərazisində biçilmiş əkin sahəsinin yandırılması səbəbindən yüksək gərginlikli elektrik dirəkləri yanarq aşıb. Həmin vaxt həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq tələf edib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Seçilən
55
15
bakivaxti.az

10Mənbələr