AZ

DİN-dən sürücülərə ÇAĞIRIŞ



Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin aparılması daim diqqətdə saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Newscenter.az-a bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir sözlə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib.

Sükan arxasında yol hərəkəti qaydalarına əməl edib-etməməklə təkcə özünüzün deyil, ətrafınızdakıların da həyatını dəyişdirə bilərsiniz. Zamana qalib gəlmək üçün artırdığınız sürət sizdən gələcəyinizi, sağlamlığınızı, illərinizi alıb apara, geriyə isə sadəcə yarımçıq bir ömür qala bilər. O ömür tamamlansın, bədbəxt hadisələr olmasın, qəzalar baş verməsin deyə yollarda sürət ölçən qurğular yerləşdirilib. Radar sadəcə bir qurğu deyil, qaydalara və insan həyatının qorunmasına xidmət edən texniki vasitədir. Bugünədək baş verən qəzaların təhlili bir daha onu sübut edir ki, yol nişanlarının tələblərinə məhəl qoymayıb avtomobili sürətlə idarə etmək, yalnız radar qurğularına yaxınlaşan zaman sürəti aşağı salmaq ağır faciələrlə nəticələnən hadisələrə səbəb olur.

Əziz sürücülər!

Yaddan çıxarmayaq ki, sürət əksər hallarda həyatınıza həyəcan yox, fəlakət gətirir. Sürətölçən qurğuları öz təhlükəsizliyiniz üçün nəzərdə tutulan kəmər, sürət həddini isə həyatınızın qırmızı xətti bilin. Unutmayın ki, bu qurğular həm də sizə “tələsmə, həyatınız qiymətsizdir” mesajını ötürür.



Mehman Mehdiyev
Seçilən
16
50
newscenter.az

10Mənbələr