AZ

Rəqsanənin həyat yoldaşı: Bu olanlar qarşısında kişi susmaz

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov ifaçının həbs edilməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Fazil Əmiraslanov bu barədə Rəqsanə İsmayılovanın şəxsi "İnstagram" səhifəsində yazıb:

"Hər kəs açıqlama gözləyir. Artıq mənim susmağım düzgün deyil. Bu olanlar qarşısında kişi susmaz. Bu gün bütün açıqlamalar veriləcək. Biz başqa ölkənin vətəndaşı olduğumuz üçün əlimizdən heç bir şey gəlmir. Mən Fazil Əmiraslanov Rusiya vətəndaşı olaraq səfirliyimizdən kömək istəyirəm. Mənim və övladlarımın təhlükəsizliyini təmin etsinlər, ölkəmə geri göndərsinlər".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova dələduzluqda təqsirli bilinir. Vətəndaşların şikayəti əsasında Sabunçu rayonu polis əməkdaşları tərəfindən saxlanılan 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı iki nəfər zərərçəkənin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyaları və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinir.

Seçilən
2
2
publika.az

10Mənbələr