Bakı.Trend:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindənOrtamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslıbüdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlardabüdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələraçıqlanıb.
Trend xəbərverir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, monitorinq nəticələri OMXÇ, proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə stratejihədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərinicrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasındauyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əksetdirir.
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqusttarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətlixərclər çərçivəsinin hazırlanması Qaydası”na və “AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanmasıhaqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il28 yanvar tarixli 49s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərcolunur.
Monitorinqin nəticələri ilə aşağıdakı linkdə tanış olabilərsiniz:
https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/68a2ce087442d.pdf