AZ

Putin və Tramp Ukrayna ilə bağlı bir çox məqamları razılaşdırıblar - (Yenilənib+) - Video - Fotolar

Putin

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təyyarələri Alyaskanın Ankoric şəhərinə çatıblar.

Reyting.az
xəbər verir ki, artıq prezidentlər Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasındadırlar və burada görüşəcəklər.

***

Vladimir Putin və Donald Tramp arasında görüş təkbətək deyil, nazirlərin iştirakı ilə “üçün-üçə” formatında keçiriləcək.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karolin Levitt bildirib.

"Prezident Trampla prezident Putin arasında əvvəllər planlaşdırılan təkbətək görüş "üçün üçə" formatında olacaq. Trampla yanaşı, ABŞ dövlət katibi Marko Rubio və [ABŞ liderinin] xüsusi nümayəndəsi Stiven Vitkoff da görüşdə iştirak edəcək", - Leavitt deyib.

Geniş tərkibdə keçiriləcək naharda ABŞ-nın Maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, Müdafiə naziri Pit Heqset və Ağ Evin Baş Qərargah rəisi Syuzan Uayls da iştirak edəcəklər.

***

ABŞ və Rusiya prezidentləri görüşüb.

Reyting.az
xəbər verir ki, Donald Tramp Valdimir Putini qırmızı xalça üzərində qarşılayıb.



***

Donald Tramp və Vladimir Putin danışıqların aparılacağı məkana ABŞ prezidentinin avtomobili ilə yollanıblar.

Reyting.az
xəbər verir ki, ABŞ və Rusiya liderləri görüşdükdən və foto çəkdirdikdən sonra müzakirələrin keçiriləcəyi yerə ayrı yox, eyni avtomobildə yola düşüblər.



***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

***

Prezidentlər Tramp və Putin arasında danışıqlar başlayıb.

Reyting.az
xəbər verir ki, danışıqlar “üçün üçə” formatında, “Elmendorf-Riçardson” hərbi bazasında keçirilir.

İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıblar.

Danışıqlar medianın iştirakı olmadan davam edir.



***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlardan sonra mətbuat konfransı keçiriblər.

Reyting.az
xəbər verir ki, konfrans “Elmendorf-Riçardson” hərbi bazasında Arktika Döyüşçülərinin Konqres Mərkəzində olub.

Tədbirdə sual vermək üçün 200-ə yaxın rusiyalı və amerikalı jurnalist iştirak edib.

***

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında çıxış edib.

İlk olaraq Putin, Trampla çox yaxşı və birbaşa əlaqələr qurduğunu bildirib.

Putin, həmçinin əmindir ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmazdı.

O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, nə qədər qəribə səslənsə də, Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənlərin faciə və böyük ağrılı hadisə hesab saydığını deyib.

Bundan başqa, Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini bildirib.

***

Rusiya prezidenti ilə görüşdən sonra ABŞ prezidenti Donald Tramp mətbuat konfransında çıxış edib.

Reyting.az
-ın xəbərinə görə, D. Tramp deyib ki, Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir.

Tramp Putinlə görüşünün məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışmağı gözləyir.

Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib.

Bundan başqa, Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.

Trampın fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.

Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıb və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.

E. KAMAL
Seçilən
84
8
reyting.az

10Mənbələr