Yerusəlim İvrit Universitetinin alimləri bioloji yaşı qiymətləndirmək üçün tam genom analizi tələb etməyən dəqiq metod hazırlayıblar...
Poliqon xəbər verir ki, araşdırmanın nəticələri Cell Reports jurnalında dərc olunub.
Böyük miqdarda genetik materialın təhlilini tələb edən digər üsullardan fərqli olaraq, MAgeNet metilasiya "izləri" adlanan yerlərin toplandığı yalnız iki kiçik DNT bölgəsini qiymətləndirir.
Bu proses DNT molekullarına metil qruplarının əlavə edilməsini nəzərdə tutur ki, bu da gen ardıcıllığının özünü dəyişdirmir, lakin onların fəaliyyətini tənzimləyir. Yaşla, metilasiya "naxışı" getdikcə daha xarakterik olur ki, bu da insan bədəninin nə qədər "köhnəldiyini" müəyyən etməyə imkan verir.
Dəyişiklikləri deşifrə etmək üçün tədqiqatçılar qocalmanın molekulyar "imzalarını" oxumaq üçün neyron şəbəkələri öyrədən süni intellektdən istifadə ediblər. Bu, 50 yaşdan kiçik insanların bioloji yaşının qiymətləndirilməsində minimum səhvə (1,36 il) nail olmağa imkan verib.
"Bu, sadəcə epigenetik saat deyil, təsadüfi amillərin aydın nümunələrlə birləşdirildiyi mürəkkəb mexanizmdir", deyə tədqiqatın rəhbəri, professor Yuval Dor bildirib.
Üstəlik, elm adamları qocalma prosesinin DNT-də qeyri-bərabər, lakin hüceyrələr vaxtaşırı öz daxili saatlarını yoxlayırmış kimi, "qalxmalarla" qeydə alındığını kəşf etdilər.
Alimlərin fikrincə, tibbdə yeni metoddan istifadə həkimlərə xəstənin bioloji yaşını daha dəqiq qiymətləndirməyə, şəkərli diabet, demans və ya ürək-damar xəstəliklərinin inkişaf risklərini müəyyən etməyə kömək edəcək. Gerontologiya sahəsində MAgeNe həyat tərzi, pəhriz və ya dərmanların hüceyrə proseslərini necə təsir etdiyini öyrənmək imkanını aça bilər.
Metodun başqa bir üstünlüyü onun aşağı qiymətidir. DNT-nin yalnız iki hissəsinin analizini tələb etdiyi üçün bütün genom ardıcıllığından əhəmiyyətli dərəcədə ucuzdur. Lakin indiyədək onun sınaqları sağlam könüllülər üzərində aparılıb. Elm adamları MAgeNet-in metilasiya modelinin pozula biləcəyi ağır xəstəlikləri olan xəstələrin genomları ilə nə qədər dəqiq işlədiyini hələ sınaqdan keçirməyiblər.
Poliqon.info