AZ

Ekvadorda bilyard zalında atışma olub, yeddi nəfər ölüb

Ekvadorda bilyard zalında atışma olub.

APA xəbər verir ki, silahlı şəxslər Ekvadorun Santo Domingo şəhərindəki bilyard zalında azı yeddi nəfəri güllələyərək öldürüblər.

Polis hadisəni araşdırdıqlarını və cinayətkarların axtarışında olduqlarını bildirib.

Təhlükəsizlik kamerası görüntülərində bir neçə qara maskalı silahlının bilyard zalının girişində dayanan iki nəfərə atəş açdığı və ətrafdakı insanların qaçaraq canını qurtarmağa çalışdığı görünür.

Silahlılar daha sonra zalın içinə daxil olaraq atəş açmağa davam edib və polis maşını yaxınlaşmazdan əvvəl hadisə yerindən qaçıblar.

Seçilən
69
11
apa.az

10Mənbələr