AZ

Azərbaycanda metrodan istifadə edənlərin sayı 2.5 miyon nəfər azalıb

2025-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1187,7 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88,6 faizi avtomobil nəqliyyatı, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1.9 faiz azalaraq 127,6 milyon nəfər olub.

Avtomobil (5.8% artım) və avtobusdan (6.1% artım) istifadə edənlərin sayı isə müvafiq olaraq artaraq 1 052 332,3 min nəfər və 1 005 194,9 mn nəfər təşkil edib.

 

Seçilən
50
12
banker.az

10Mənbələr