AZ

Bu da Mahirin qolu - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.

Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib.

Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.

Seçilən
43
50
sportinfo.az

10Mənbələr