AZ

Nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb


Ötən il Azərbaycanda doğulan uşaqların 12,9%-i və ya 13 min 228-i rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə bu göstərici aşağı düşüb.
Müqayisə üçün bildirək ki, 2023-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 13,9%-ni (15 min 622 uşaq) təşkil edib.
Son illər ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalmağa başlayıb. Nikahda olmayan qadınlar tərəfindən ən çox uşaq 2011-ci ildə dünyaya gəlib – 30 min 983 nəfər.
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar ən çox kənd yerlərində doğulur. Ötən il doğulmuş 13 min 228 uşağın 8 min 70-i kənd yerlərində, 5 min 158-i isə şəhər yerlərində dünyaya gəlib.

Murad Məmmədov
Seçilən
11
47
yeniavaz.com

10Mənbələr