AZ

“Sürət həddini həyatınızın qırmızı xətti bilin” - Video

Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin aparılması daim diqqətdə saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir sözlə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib:

Sükan arxasında yol hərəkəti qaydalarına əməl edib-etməməklə təkcə özünüzün deyil, ətrafınızdakıların da həyatını dəyişdirə bilərsiniz. Zamana qalib gəlmək üçün artırdığınız sürət sizdən gələcəyinizi, sağlamlığınızı, illərinizi alıb apara, geriyə isə sadəcə yarımçıq bir ömür qala bilər. O ömür tamamlansın, qəzalar baş verməsin deyə yollarda sürət ölçən qurğular yerləşdirilib. Radar sadəcə bir qurğu deyil, qaydalara və insan həyatının qorunmasına xidmət edən texniki vasitədir. Bugünədək baş verən qəzaların təhlili bir daha onu sübut edir ki, yol nişanlarının tələblərinə məhəl qoymayıb avtomobili sürətlə idarə etmək, yalnız radar qurğularına yaxınlaşan zaman sürəti aşağı salmaq ağır faciələrlə nəticələnən hadisələrə səbəb olur”.

Yaddan çıxarmayın ki, sürət əksər hallarda həyatınıza həyəcan yox, fəlakət gətirir. Sürətölçən qurğuları öz təhlükəsizliyiniz üçün nəzərdə tutulan kəmər, sürət həddini isə həyatınızın qırmızı xətti bilin. Unutmayın ki, bu qurğular həm də sizə tələsmə, həyatın hər şeydən qiymətlidir” mesajını ötürür”, - məlumatda bildirilib.




Seçilən
21
50
qafqazinfo.az

10Mənbələr