AZ

Əcnəbilərin Şəhidlər xiyabanında hoqqası: “Onlarla sərt davranmaq lazımdır!”

"Bu məsələdə sərt davranmaq lazımdır!" 

Bu sözləri "Yeni Sabah" a "Polisə ictimai dəstək" Birliyinin sədri Şəmsəddin Əliyev bildirib.

O, bir qrup əcnəbinin Şəhidlər xiyabanında qeyri-etik video çəkərək paylaşmasını şərh edib. Toyuqlu pizza

Ekspertin sözlərinə görə, qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir:

“Qanundan bixəbər olmaq, yaxud qanunu bilməmək nə məsuliyyəti aradan qaldırır, nə də onu yüngülləşdirir. Həm Azərbaycan Respublikasının, həm də digər ölkələrin cinayət məcəllələrində yeganə yüngülləşdirici hal kimi şəxsin öz əməlini etiraf etməsi göstərilir. Digər hallarda isə belə bir imkan nəzərdə tutulmayıb”.

Ş. Əliyev qeyd edib ki, Azərbaycan Konstitusiyasının 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə müvəqqəti və ya daimi yaşadıqları müddətdə Azərbaycan vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər:

“Onlar sağlam mühitdə yaşamaq, təhsil almaq, işləmək hüququna sahibdirlər. Amma konstitusion vəzifələr var ki, bunlar mütləq şəkildə yerinə yetirilməlidir. Milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmaq, ətraf mühiti, tarixi və mədəni abidələri qorumaq, dövlət rəmzlərinə hörmət göstərmək bu vəzifələrin əsasını təşkil edir”.

Şəmsəddin Əliyev bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlar araşdırma aparacaq:

“Əgər baş verənlər şəhidlərin ruhunu alçaldacaq səviyyədədirsə, hətta həmin şəxslərin yaşadığı ölkələrə də mütləq şəkildə müraciət edilməlidir ki, bu hallar bir daha təkrarlanmasın. Fikrimcə, bu məsələdə sərt davranmaq lazımdır”.

Hüquqşünas əlavə edib ki, ölkəyə gələn turistlər Azərbaycan qanunları barədə əvvəlcədən məlumatlandırılmalıdırlar:

“Turizm haqqında" Qanunda açıq şəkildə qeyd olunub ki, Azərbaycana gələn turistlərin hüquq və öhdəlikləri nələrdir. Əgər onlar bu məsələdən bixəbərdirsə, bu artıq tur rəhbərinin məsuliyyətidir. Araşdırmalar zamanı onlara bu haqda məlumat verilib-verilmədiyi də müəyyən ediləcək”.

O, sonda vurğulayıb ki, məsələ son dərəcə həssasdır və görməzliə vurmaq olmaz:

“Şəhidlər xiyabanı kimliyimiz, milli mənsubiyyətimiz, həm də qan yaddaşımızdır”.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
53
50
yenisabah.az

10Mənbələr