AZ

"Qarabağ" Macarıstana yollanır


"Qarabağ" komandası "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır. Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb. Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mətləb

Seçilən
0
50
baki-xeber.com

1Mənbələr