AZ

Turistlər və murdarlıq

Qlobal turizm ən yeni tarixdə ölkələr arası münasibətlərin formalaşmasında vacib rol oynayır və ölkələr bu əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır.

Beynəlxalq münasibətlər müstəvisində beynəlxalqturizm dövlətlər arasında fikir ayrılıqlarının həllində xüsusi üstünlüyə malikdir.

Bu gün ölkələrinimicinin və nüfuzunun formalaşmasındaturizm sektoru həll edici rol oynayır.

Bəzi ölkələr üçün turizm siyasəti bu gün mədəni, sosial və iqtisadi inkişafın ruporu kimi çıxış edir.
Turizm ölkələrin mənfi və müsbət imicinin formalaşmasında, neqativ imicin aradan qaldırılmasında alətə çevrilir , beynəlxalq müstəvidə dövlətlərin daxili idarəetmədə reflekslərinin imicini formalaşdırır və s.

Müasir beynəlxalq münasibətlər müstəvisində turizm həm də diplomatik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqənin inkişaf etdirilməsində vasitəçikimi çıxış edir.

Azərbaycanda da turizm milli iqtisadiyyatın davamlı inkişaf edən hissəsi kimi mədəni, sosial və iqtisadi inkişafda iştirak edir.

Dövlət tərəfindən turizm sektoruna ayrılan diqqət , bu sahənin inkşafına yönəldilən dəstəknəticəsində son illər qlobalturizmbumu yaşayan ölkələrindən biriyik.

Məsələ ondadır ki, turizm sektoruna ayrılan diqqət , bu sahənin inkşafına yönəldilən dəstəkstrategiyası özündə ölkənin sosial-iqtisadi inkşafı ilə paralelmədəni-sosial inkşaf prioritetlərini dəəks etdirməlidir.

Dövlət tərəfindən ölkənin mədəni , tarixi , dini və s. kimi dəyərlərinin qorunması üçün turist axınına nəzarət , turist kütlələrinin davranışı və s .məsələləriəhatəturizm fəaliyyətini tənzimləyənhüquqi normativ baza formalaşdırılmalıdır.

Məsələn , Avropa ölkələri turizm fəaliyyətini tənzimləyən hüquqi normativ aktlarl hələ keçən əsrin 70-ci illərində qəbul edib.

Bu hüququ normativ aktlar 1985-ci ildə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyasında beynəlxalq sənəd kimi qəbul edilibvə “Turizm Xartiyası”adı ilə təsdiqlənib.

Bu xartiyaya“Turist məcəlləsi” adlanan məcəllə daxildir və bu məcəllə turistlərin səyahət , istirahət və asudə vaxtının keçirilməsi hüquqlarını təmin edilməsi ilə paralel yerli vətəndaşların tarixi, milli , dinidəyərlərinin qorunması , onların səyahət imkanlarının təmin edilməsi ilə bağlı dövlət siyasətinin istiqamətlərini müəyyən edib.

Mən, məsələnin iqtisadi tərəflərinideyil , turizmin bizim ölkəmizdə son illər formalaşdırdığı mədəni-sosial tərəfinə toxunmaq istəyirəm.

Bütün ölkələrin paytaxtlarında mərkəzi küçələr yerli xalqın tarixi , mədəni və sosial fərqliliyini nümayiş etdirmək üçün məkan olaraq istifadə olunur.

Sərt yazacam , amma , gözəl Bakımızın mərkəzi Nizami küçəsison illət Yaxın Şərq mədəniyyətinin bizim müasirliklə miks olunduğu bir ürək bulandırıcı hal alıb.

Restoranlara müştəri cəlbi üçün girişində “yarı çılpaq qadınları vitrin” etmək , əlində menyu küçədən yüksək səslə “müştəri çağırmaq” , yaşlı satıcı kişiləri müştəri qarşısında oynadaraq şirniyyat satmağın bizim mədəniyyətimizə aidiyyatı yoxdur.

Seçilən
61
35
aznews.az

10Mənbələr