AZ

Təyyarə havaya qalxan kimi alışdı - Video

Yunanıstanın Korfu adasından Düsseldorfa uçan Almaniyanın “Kondor” aviaşirkətinə məxsus təyyarədə havaya qalxdıqdan dərhal sonra yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə RTL məlıumat yayıb.

Məlumata görə, havaya qalxdıqdan dərhal sonra “Boinq 757-300” sərnişin təyyarəsinin mühərriklərinin birində alışma baş verib.

Pilotlar İtaliyanın Brindizi şəhərinə təcili eniş etmək qərarına gəliblər. Təyyarə təhlükəsiz şəkildə İtaliyaya eniş edə bilib.

Aviaşirkətdən bildirilib ki, yanğına mühərrikə havanın verilməsində yaranan nasazlıq səbəb olub.

Qeyd edək ki, təyyarədə 263 sərnişin və 8 heyət üzvü olub.

Seçilən
44
20
axar.az

10Mənbələr