AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı

Bakı.Trend:

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanındanalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosialşəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, araşdırmalar zamanı həminşəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlükgəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqlarımüəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərindətəhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polisəməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraqistintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davametdirilir.

Seçilən
6
50
az.trend.az

8Mənbələr