Yazını böyüt
Yazını kiçilt
Almaniyanın İrandakı səfirliyinin müvəqqəti bağlanmasından sonra Avstriyanın Tehrandakı səfirliyi də konsulluq xidmətlərini növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlayıb.
Hafta.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb. Qeyd olunub ki, səfirlik bu qərarı "mövcud şərait və öhdəsindən gəlinməz maneələrlə" əsaslandırıb.
Rəsmi açıqlamaya görə, artıq Avstriya səfirliyi yeni müraciətlər qəbul etmir, əvvəlki sənədlər üzrə iş aparılmır və avqustun 31-dək rezerv edilmiş bütün görüşlər dəyişdirilmədən ləğv olunub.
Qeyd olunub ki, fövqəladə hallarda belə konsulluq yardımı göstərilməyəcək və yalnız vəziyyət normallaşdıqdan sonra yeni görüşlər təyin olunacaq.