Məlumat üçün bildirək ki, oğul Eminov idarə rəisi olana qədər eyni qurumda daha aşağı vəzifələrdə çalışıb.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramil Eminovun atası da yüksək vəzifə tutub. Belə ki, R.Eminov Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Məmməd Eminovun oğludur. General Eminov ötən ilin yayında ordudan ehtiyata buraxılıb.