AZ

Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.

İdarədən "Unikal"a verilən məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
107
12
unikal.az

10Mənbələr