AZ

Zaqatalada Katex çayı KƏNDİ BASDI

Yazını böyüt
Yazını kiçilt

Qarğıdalı, buğda, yonca və bostan bitkiləri əkilən yüzlərlə hektar sahənin sel suları altında qalması Zaqatala rayonu Aşağı Çardaxlar kənd sakinlərinə külli miqdarda ziyan vurub.

Hafta.az xəbər verir ki, rayon ərazisində yağan leysan xarakterli yağışlar çaylarda sululuğun artmasına səbəb olub. Balakən rayonu ilə sərhəddən axan Katex çayında suyun səviyyəsinin yüksəlməsi çayın aşağı məcrasında yerləşən hissədə torpaq bəndin yuyulması ilə nəticələnib ki, bu zaman da kəndin əkin sahələrini su basıb.

Əvvəlki subasmalardan sonra bəzi təsərrüfat sahibləri həmin ərazilərdə 2-ci dəfə əkin işləri aparsalar da, yenidən orada məhsul əldə etmək mümkün olmayacaq.

Bu dəfə Katex çayında bəndin daha yuxarı hissədən yuyulması kənddə bəzi yaşayış evlərini də sel sularının basması təhlükəsi ilə üz-üzə qoyub.

"Neçə illərdir ki, sular kəndi batırır. 4-5 ildir bənd qurub suyun qabağını kəsmişdik, amma son iki ildə yağışlar artıb, bütün bəndləri yuyub. Bələdiyyə də buna nəzarət etmir", - deyə sakinlərdin biri bildirib.

Zaqatala Su Meliorasiya Sistemləri İdarəsindən qeyd olunub ki, çayın köhnə məcrasının bərpası üzərində işlər aparılır, lakin intensiv yağışlar səbəbindən proses yarımçıq qalıb. Hava şəraitinə uyğun olaraq işlər davam etdiriləcək. /bakuTV/

Seçilən
15
6
hafta.az

7Mənbələr