AZ

Müğənni Rəqsanə bu halda azadlığa çıxacaq – VƏKİL AÇIQLADI

Müğənni Rəqsanə İsmayılova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Maraqlıdır, əgər dəymiş ziyan (520 min dollar + 35 min manatlıq qızıl) tam ödənilərsə, işin bağlanması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əgər İsmayılova dəymiş ziyanı tam şəkildə ödəyərsə, cinayət işinə xitam verilə bilər:

Hüquqşünas

“Rəqsanə İsmayılova bütün dəymiş ziyanı həmin şəxsə, üstəlik dəymiş ziyanın 50 faizini dövlət büdcəsinə ödəyərsə, bu zaman cinayət işinə xitam verilir. Bu halda barışıq mümkündür. Beləliklə, müğənninin azadlığa çıxması onun dəymiş ziyanı tam şəkildə kompensasiya etməsindən və əlavə ödənişlərdən asılıdır”, – vəkil vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
20
50
konkret.az

10Mənbələr