AZ

Həddindən artıq şəkər istehlakı idrak funksiyalarının zəifləməsinə gətiribÇIXARIR

Nevroloq Lisa Moskoni qadınlara yaddaş itkisini ləngitmək üçün bəzi məhsullardan imtina etməyi məsləhət görüb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.

Onun sözlərinə görə, ultra emal olunmuş qidalar beyinə qan axınını zəiflədir və metabolik xəstəliklərin riskini artırır.

Mütəxəssis bildirib ki, qlükoza beynin əsas enerji mənbələrindən biridir, lakin həddindən artıq şəkər istehlakı idrak funksiyalarının zəifləməsinə gətirib çıxarır.

Moskoni həmçinin qadınlara süni dadlandırıcıları, qazlı içkiləri və alkoqollu içkiləri gündəlik menyudan çıxarmağı tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
63
12
redaktor.az

10Mənbələr