AZ

Rusiyada təyyarə uçuş enmə zolağından çıxdı

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Tümendə səhər saatlarında AN-24 təyyarəsi Roşçino hava limanında uçuş-enmə zolağından çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb. 

"Avqustun 18-də səhər saatlarında AN-24 sərnişin təyyarəsi Roşçino hava limanından havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, 13-ü uşaq olmaqla 40 sərnişin olub. Tələfat yoxdur", - məlumatda deyilir.

Baş verənlərin ilkin versiyası təyyarənin əyləc sistemində baş vermiş texniki nasazlıqlardır. Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir. Uçuş qaydalarının mümkün pozulması faktları ilə bağlı araşdırmaqabağı yoxlama təşkil edilib.

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
50
unikal.az

10Mənbələr