AZ

Trampın Lukaşenko haqqında xoş sözləri nəyə işarədir? (ŞƏRH)

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Trampın Lukaşenko haqqında dediyi xoş sözlər Minskin kompromislərə getməyə hazır olduğunun göstəricisidir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın Belarus prezidenti Aleksandr Lukaşenko barəsində xoş sözlər səsləndirməsini şərh edərkən deyib.

Həmsöhbətimizin fikrincə, Trampın Belarus lideri barəsində müsbət fikirlər səsləndirməsi Vaşinqtonla Minsk arasında gedən ikitərəfli danışıqların nəticəsidir:

"Belarus istəyir ki, ona qarşı tətbiq edilən sanksiyalar ləğv edilsin. Belarus artıq siyasi məhbusları buraxmağa başlayıb. Bu istiqamətdə Lukaşenko ilk addımı bir müddət əvvəl atdı. İyunun 21-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun Minskə səfəri çərçivəsində 14 siyasi məhbus azadlığa buraxılıb. Görünən odur ki, Vaşinqtonla Minsk arasında proses yumşalmağa doğru gedir. Bu da onu göstərir ki, Belarus kompromislərə getməyə hazırdır. Yəni ABŞ-ın tələb və şərtləri Minsk tərəfindən qəbul olunub. Bu səbəbdən Tramp Lukaşenkonu yaxşı oğlan adlandırıb".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edərək, onu "qüdrətli lider" adlandırıb və 1300 nəfərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib. Bundan bir qədər əvvəl iyulun 21-də, ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun Minskə səfəri çərçivəsində Lukaşenko 14 siyasi məhbusu azad edib. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
31
qaynarinfo.az

10Mənbələr