Beynəlxalq Voleybol Federasiyası (FIVB) ölkələrin yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi sıralamada 91-ci yeri enib.
Fərid Cəlalovun komandası Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışdan sonra 7 pillə geriləyib. Hesabında 8,85 xalı yığma cəmi 2 ölkəni – Kamboca və İslandiyanı qabaqlayır.
Siyahıya 400,14 xalla Polşa başçılıq edir.
Qeyd edək ki, millimiz seçmə mərhələdə Belçika və Avstriyaya hər iki oyunda uduzub. Voleybolçularımız bu oyunlarda set belə qazana bilməyiblər.