Sea Breeze

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin edilməsi məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Budəfəki sınaq buğdada zərərvericilərlə zədələnmiş dənlər, şüşəvarilik, cücərmiş və sürməli dənlər, orqanoleptik göstəricilər, yaş qlütenin miqdarı, nəmlik, natura, zibil qarışığı, sedimentasiya, düşmə ədədi parametrlərinin kəmiyyətcə təyini üzrə aparılacaq.

Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də bu standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.

Sınaqda iştirak üçün son müraciət tarixi 1 sentyabr 2025-ci ildir. Laboratoriyalar “Müraciət forması”nı dolduraraq [email protected] elektron ünvanına göndərməlidirlər.

Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.

ETX
ETX
ETX