AZ

Təhsil haqqlarında belə kəskin artımlar sosial ədalətə ziddir Sona Əliyeva

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqının birdən-birə 2000 manat artırılması haqlı olaraq cəmiyyətdə ciddi narahatlıq doğurur. Yeni məbləğ 6500 manat ölkədəki orta gəlir səviyyəsi ilə müqayisədə çox yüksəkdir".

Bu fikriləri Redaktor.az-a keçmiş deputat, təhsil eksperti Sona Əliyeva Azərbaycan Tibb Universitetində "Tibb" ixtisasının illik təhsil haqqının artmasından danışarkən bildirdi.

"Təhsil haqqlarında belə kəskin artımlar sosial ədalətə ziddir. Xüsusilə də istedadlı, amma maddi imkanı məhdud gənclərin istədiyi ixtisasda təhsil almasından uzaqlaşdırmaqla yanaşı həmdə onların gələcək rifahının qarşısını alır. Təhsil dövlətin strateji prioritetidir və burada əsas məqsəd keyfiyyətli kadr hazırlamaqla yanaşı, hər kəs üçün təhsilin əlçatanlığını  təmin etmək olmalıdır. Təhsil haqları artırılarkən paralel olaraq təhsil keyfiyyətində ciddi və ölçülə bilən irəliləyiş göstərilməli, həmçinin insanların real gəlir səviyyəsi nəzərə alınmalıdır. Əks halda bu, sosial bərabərsizliyi daha da dərinləşdirəcək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
9
redaktor.az

10Mənbələr