AZ

"Bir aya bütün suallara aydınlıq gələcək" - "Kəpəz"in sabiq baş məşqçisi

Çempionata problemlər içində başlayan "Kəpəz"in ilk turda "Sumqayıt"a böyük hesabla (0:3) uduzması klubdaxili atmosferi daha da korladı. Bununla belə, komandanın sabiq çalışdırıcısı Azər Məmmədov radikal addım atmağın tərəfdarı deyil. 

Bu barədə Fanat.Az-a danışan Məmmədov Adil Şükürova 5-6 tur şans verməyi lazım bilir:   

"Doğrudur, "Sumqayıt"a böyük hesablı məğlubiyyət üzücü oldu. Amma mən dərhal baş məşqçini istefa göndərməyin tərəfdarı deyiləm. 5-6 tur gözləmək lazımdır. Bir aya bütün suallara aydınlıq gələcək. "Kəpəz"in yaxşı və ya pis tərəfləri 5-6 oyuna üzə çıxacaq. Bundan sonra komandanın hədəflərinin öhdəsindən gələ bilmək potensialında olub-olmadığı dəqiqləşəcək. Çətin olsa da, gözləmək lazımdır".

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada yerini qorumasına rəğmən, baş məşqçi Azər Bağırovu istefaya göndərən Gəncə klubu Adil Şükürovu gətirib. 

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr