AZ

Meyvə toxumları təhlükəlidirmi? -Ekspert açıqladı

Meyvə və giləmeyvə toxumlarının, xüsusən də qarpız toxumlarının yeyilməsinin təhlükəli olduğuna dair geniş yayılmış inam yalnız qismən doğrudur.

Redaktor.az xəbər verir ki, bu barədə aif.ru-ya dietoloq Yelena Çurakina danışıb.

Həkimin sözlərinə görə, yetişmiş qarpız tumlarını yemək olar. Bundan əlavə, onlar dəmir, fol turşusu, maqnezium və hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan bir antioksidan olan likopen kimi müxtəlif faydalı maddələrlə zəngindir. Eyni zamanda həkim qeyd edib ki, hər bir qida məhsulunda olduğu kimi, normaya riayət etmək lazımdır.

Həkim şaftalı, ərik, albalı, gavalı, alma və armudun toxumlarını yeməyi tövsiyə etməyib, çünki onların ləpəsində amigdalin var. Bu maddə böyük miqdarda sağlamlıq üçün təhlükəlidir, çünki bədəndə parçalandıqda zəhərli hidrosian turşusu əmələ gəlir, həkim izah edib.

Bununla belə, əgər insan təsadüfən bir neçə toxumu udsa, panikaya düşməyə ehtiyac yoxdur: az miqdarda meyvə toxumlarının ləpəsində olan amigdalin ciddi təhlükə yaratmır”, - deyə həkim aydınlaşdırıb.

O, üzüm toxumlarından da danışıb. Onun sözlərinə görə, onlar antioksidantlarla zəngindir, lakin çoxlu miqdarda istehlakı selikli qişanın qıcıqlanmasına və qarın ağrısına səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
20
17
redaktor.az

10Mənbələr