AZ

Xameneinin müşaviri: Müharibə qurtarmayıb

ain.az bildirir, Azvision portalına istinadən.

Bu sözləri İranın ali dini lideri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi ölkə mətbuatınına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, adıçəkilən ölkələrlə yenidən müharibə "hər an başlaya bilər". "Onlar güc vasitəsilə sülh yaratdıqlarını deyirlər. Odur ki İran da güclü durmalıdır. Çünki təbiət sistemində zəiflər tapdalanırlar. Diplomatiya, media, raket, dron və kiberhücum strategiyamızı gücləndirməliyik. Biz hərbçilər ssenarini qabaqcadan planlaşdırır, ən pis vəziyyəti görür və bu minvalla hazırlaşırıq", – Səfəvi deyib. Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
20
azvision.az

10Mənbələr