AZ

İsraildə ümummilli tətil keçirilib VİDEO

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az “Detali” internet-portalına istinadən xəbər verir ki, bu rəqəmi açıqlayan İsrailin Oğurlanmışların ailələri Forumu sözügedən mitinqin 2023-cü il oktyabrın 7-dən bəri keçirilən ən böyük nümayişlərdən biri olduğunu vurğulayıb. Digər məlumatlara görə, aksiyada yüz mindən çox insan iştirak edib. Mitinq iştirakçıları İsrail hökumətindən razılığa gəlmək, girovları azad etmək və Qəzza zolağında müharibəyə son qoymaq tələbi ilə ümummilli etirazlar və tətillər gününə yekun vurublar. “İsrail xalqının bütün girovların azad olunmasını və müharibənin dayandırılmasını tələb etdiyini açıq şəkildə bildirmək üçün təxminən 500 min insan toplandı”, - forumun açıqladığı bəyanatda deyilir. İsrailin tədqiqat mərkəzlərinin sorğularına görə, israillilərin təxminən 70%-i girovların müqaviləsi sövdələşməsini dəstəkləyir. “Oğurlananlar Meydanı”nda keçirilən mərkəzi mitinq başa çatdıqdan sonra onlarla nümayişçi hakim “Likud” partiyasının qərargahına doğru gedib. Aksiyanı qanunsuz adlandıran polis nümayişçilərdən dağılmağı tələb edib, daha sonra aksiyanı dağıtmağa və asayişi pozanları saxlamağa başlayıb. Etirazçılar tətilin başlanğıc olduğunu və əsirlərin azadlığı naminə səylərini davam etdirmək üçün artıq Qəzza sərhədi boyunca etiraz düşərgəsi qurmağa hazırlaşdıqlarını bildiriblər. Girovların ailələri İsrail hökumətini konkret plan hazırlamağa çağırıb. - Biz bir tələbdə həmrəyik: bu gün müharibəni bitirmək və qalan girovları qaytarmaq üçün İsrailin hərtərəfli razılaşma planını təqdim edin. Heç bir şüar, təxribat yoxdur - milləti 22 aydır qorxu içində saxlayan kabusa son qoymağın vaxtıdır”, - müraciətdə vurğulanır. İsrailin baş naziri Binyamin Netanyahu etirazçıları tənqid edib. Onun sözlərinə görə, HƏMAS-ı məğlub etmədən bu gün müharibəni bitirməyə çağıranlar nəinki onun mövqeyini sərtləşdirir və girovların qaytarılmasını gecikdirir, həm də oktyabrın dəhşətlərinin təkrarlanmasına zəmin yaradır və İsraili sonsuz müharibəyə aparır. Netanyahu bildirib ki, müharibənin dayandırılması üçün İsrailin Qəzzada təhlükəsizliyə nəzarət etmək şərti dəyişməz olaraq qalır. “HƏMAS bu şərtləri rədd edir. Biz təkcə onun tərksilah olunmasında yox, həm də Qəzzanın tədricən demilitarizasiyasında, həmçinin terrorçu qrupları yenidən silahlandırmaq və ya yenidən təşkil etmək cəhdlərinə qarşı daimi fəaliyyət göstərməkdə israrlıyıq”, - İsrailin baş naziri diqqətə çatdırıb.

הפגנת ענק הערב בתל אביב ברחבת כיכר החטופים, שדרות שאול המלך והרחובות המובילים לשם צילום: אביב אטלס pic.twitter.com/27EbPwZgyn

— Bar Peleg (@bar_peleg) August 17, 2025

Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
5
azvision.az

10Mənbələr