AZ

Londonda antimiqrant aksiyaları davam edir

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Londonda miqrantlara qarşı etiraz aksiyaları yenidən gündəmə gəlib.

AZƏRTAC xəbər verir ki, paytaxtın Canary Vharf ərazisində miqrantların yerləşdirildiyi otelin qarşısında etirazçılar toplaşıb.

“Britannia Hotel” qarşısında keçirilən aksiya ilə yanaşı, Epping şəhərindəki “The Bell Hotel”in önündə də nümayişlər təşkil olunub. Hər iki otel hazırda sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün istifadə olunur. Canary Vharf ərazisində güclü polis nəzarəti təmin edilib. London Metropolitan Polisi ictimai asayişin ciddi şəkildə pozulmasının qarşısını almaq məqsədilə İctimai Asayiş Haqqında Qanunun 14-cü maddəsini tətbiq edib.

Etirazçılar qadın və qızların təhlükəsizliyinə miqrantlardan potensial təhdid olduğunu iddia ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
11
yeniazerbaycan.com

10Mənbələr