AZ

HƏMAS ın raket qurğuları sıradan çıxarılıb

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, terrorçular həmin qurğular vasitəsilə İsrail ərazisinə doğru raket hücumlarının həyata keçirilməsini planlaşdırırdılar. Məlumata əsasən, əməliyyatın aparıldığı ərazidən dünən İsrailin cənubuna raket buraxılıb, ancaq hava hücumundan müdafiə qoşunları tərəfindən dərhal zərərsizləşdirilib.

HƏMAS-ın mühüm rəhbərlərindən biri öldürülüb | VİDEO

Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Avqustun 15-də İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Xan-Yunis şəhərinə aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının aparıcı komandirlərindən biri həyatını itirib. Bildirilib ki, zərərsizləşdirilən terrorçu sözügedən təşkilatın Rəfəh briqadasında nəzarət departamentinin rəhbəri Nasir Musadır. O, briqadakı yaraqlıların hazırlığına və təlimlərinə cavabdeh idi. Eyni zamanda, kəşfiyyat və müşahidə qruplarında da fəaliyyət göstərib. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azvision.az

1Mənbələr