AZ

Şəhidlərə hörmətsizlik edən ərəblərə hansı cəza verilməlidir? Fazil Mustafa

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Şəhidlər Xiyabanında video çəkərək şəhidlərimizə hörmətsizlik edən ərəblər gecə saatlarında polislər tərəfindən saxlanılıblar. 

Onlar qaldıqları oteldən çıxarılaraq polis bölməsinə aparılıb. 

Gununsesi.info xəbər verir ki, sözügedən görütünlər sosial şəbəkədə gündəm olub və dəyərlərimizə toxunulduğu üçün həmin şəxslərin ağır cəzalanması tələb edilir.

Bəs qanun bu barədə nə deyir?

Məsələ ilə bağlı ictimai-siyasi adamlar da fikirlərini bölüşüb.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa saytımıza açıqlama verib.

O, törədilən bu əməlin cinayət məsuliyyəti yox, inzibati pozuntu olduğunu bildirir:

“Bütün hallarda bu, yaxşı hal deyil. Müəyyən dərəcədə fərdi insidentdir. Bu hadisəni milliyyət adına bağlamaz düzgün deyil. Hansısa bir xalqa bütövlükdə nifrət yaratmaq olmaz. Azərbaycan xalqının içində də bu cür qanmaz, yaxud da səviyyəsiz adamlara rast gəlmək kifayət qədər mümkündür. Ona görə də bu məsələni hüquq-mühafizə orqanlarının ixtiyarına buraxmaq lazımdır. Adamlar sanki bu məsələyə görə cəza tədbiq etmək istəyirlər. Kiməsə tüpürməkdi filan – belə şeylər yanlışdır. Çünki orada bir-iki səviyyəsiz adamın elədiyi hərəkətdən söhbət gedir, bu məsuliyyət də fərdi məsuliyyətdir. Bu hərəkəti edənləri də polis aparıb, saxlayır, araşdırılır. Cəza da veriləcək. Bəlkə, başqa motivlər var, ilkin ifadədən sonra bilinəcək? Polis tədbir görüb və bu, kifayətdir. Nəticələr aydın olanda sonra, yəqin ki, cəzaları da veriləcək. İndi bu cəzalar hər halda hansısa bir şəkildə hörmətsizlik varsa, ictimai asayişin pozulması, qaydalara hörmət edilməməsi kimi töhsif olunur və ona görə də buna uyğun inzibati məsulıiyyətə cəlb olunacaqlar. Hesab edirəm ki, cinayət məsuliyyətindən söhbət gedə bilməz”, – deyə deputat bildirib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
41
icma.az

10Mənbələr