Ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı məlum olub.
Bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ildə 1 279 uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib. Bu say 2023-cü ildə 1 742, 2022-ci ildə isə 2 011 nəfər təşkil edib.