AZ

UEFA "pley-off"un oyunu Əliyar Ağayevə tapşırdı

style='margin-bottom:10px;'>

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının ilk pley-off matçına təyinat alıb.

QOL.az xəbər verir ki, qurumun saytına istinadən xəbər verir ki, 37 yaşlı referi "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçının baş hakimi olacaq.  Ona Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu (dördüncü hakim) kömək edəcəklər. Matçın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) təyin edilib.

Qeyd edək ki, oyun avqustun 21-i Slovakiyanın Preşov şəhərindəki "Tatran" stadionunda keçiriləcək.

Seçilən
6
41
teleqraf.com

10Mənbələr