AZ

Dünya Putinin bu hədiyyəsindən danışır FOTO

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Alyaskaya səfəri zamanı köhnə motosikleti üçün ehtiyyat hissələri tapa bilməyən ABŞ vətəndaşına yenisini hədiyyə edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Kreml rəhbəri səfər zamanı ABŞ vətəndaşı Mark Uorrenin Rusiyaya qarşı sanskiyalar səbəbindən motosikletinə ehtiyat hissələri ala bilmədiyini öyrənib. Bayker Alyaska yaxınlığındakı qədim Ural bölgəsində yaşayır və illərlə ehtiyat hissələri tapmaqda çətinlik çəkib. Putin məsələdən xəbərdar olduqdan sonra ona yeni motosiklet göndərilməsini tapşırıb.

Daha sonra bayker yeni mosotikleti ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Rusiya liderinin addımı KİV və sosial şəbəkələrdə böyük maraq doğurub.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
50
globalinfo.az

10Mənbələr