Macarıstanın Dyör şəhərində Avropa Cüdo Ümidləri Turniri keçirilib.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal əldə ediblər.
U-15 yaş kateqoriyasında Aqşin Bayramov (-60 kq) qızıl, Səttar Qədirov (-42 kq), Fərhad Quliyev (-60 kq) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (-42 kq) bürünc medala yiyələnib.
Beynəlxalq turnirdə 19 ölkədən 273 cüdoçu iştirak edib.
Cüdo məşqçiliyi üzrə sertifikatlar təqdim olunub
Beynəlxalq Cüdo Federasiyasının Bakıda seminarları davam edir
Dünya çempionatında iştirak edəcək cüdoçularımızın siyahısı müəyyənləşib
Cüdo məşqçiliyi üzrə seminar keçirilib - FOTO
Cüdo məşqçiliyi üzrə sertifikat proqramı start götürüb