AZ

”Ukrayna rəhbərliyi artıq heç nədən çəkinməyəcək"

“Ukraynanın Macarıstana gedən neft kəmərinə endirdiyi zərbə, Kiyev rejiminin artıq heç bir sərhəd tanımadığını göstərir”. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu illər ərzində Rusiya Kiyev rejimini bəsləyən ideoloqları dəfələrlə xəbərdar etmişdi ki, onlar heç vaxt dayanmayacaq və bütün dünyaya yayılacaq", – o qeyd edib.

"Onlar Orta Asiya vətəndaşlarını terrora cəlb ediblər. Avropada qeyri-qanuni silah bazarını mənimsəyiblər. Qərbli sifarişçilərlə birlikdə qara transplantologiyanı həyata keçiriblər. İndi isə Ukrayna rəhbərliyi artıq heç nədən çəkinməyəcək", – Zaxarova əlavə edib.

Seçilən
85
49
operativmm.az

10Mənbələr