AZ

"Roma" və "Bolonya"nın sabiq futbolçusu Azərbaycan klubu ilə danışıqlara başlayıb

Yazını böyüt
Yazını kiçilt

"Roma"nın sabiq üzvü Deyan Boldor Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

Hafta.az xəbər verir ki, rumın müdafiəçi "Sumqayıt"ın transfer siyahısına düşüb.

"Kimyaçılar" mərkəz müdafiəçisi ilə danışıqları davam etdirir. Macarıstanın "Qyör" klubunda çıxış edən Boldorun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Lakin 30 yaşlı futbolçunun "Sumqayıt"a transferi an məsələsidir.

Rumıniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində "Roma", "Peskara", "Bolonya", "Verona", "Monreal İmpakt", "Partizani", "Foggia", "Argeş Piteşti" kimi klublarda çıxış edib. /Sportal.az/

Seçilən
57
40
hafta.az

10Mənbələr