AZ

Makron: Putin Ukraynanın təslim olmasını istəyir, biz vahid cəbhə təqdim etməliyik

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Kremlin rəhbəri Vladimir Putin Ukraynanın kapitulyasiyasını təklif edir. O qeyd edib ki, Avropa və Ukrayna vahid cəbhə təqdim etməlidir.

Bu barədə BFMTV xəbər verir.

"Mən düşünürəm ki, prezident Putin sülh istəyir? Cavab yox. Mən hesab edirəm ki, prezident Tramp sülh istəyir? Bəli. Məncə, o Ukraynanın təslim olmasını istəyir, onun təklif etdiyi budur", - Makron bildirib.

Qeyd edək ki, sabah Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə səfər edərək müharibənin dayandırılmasının təfərrüatlarını müzakirə edəcək. ABŞ prezidenti Donald Trampla görüşdə bir sıra Avropa liderləri də iştirak edəcək.

Bununla bağlı Fransa prezidenti Trampla “sərt” müzakirə vəd edib. O vurğulayıb ki, danışıqların məqsədi Ukrayna ilə avropalı müttəfiqlər arasında “vahid cəbhə nümayiş etdirməkdir”.

Makron həmçinin əlavə edib ki, avropalı müttəfiqlər "Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsini" istəyirlər və Kiyevin Ukrayna ilə bağlı istənilən danışıqlarda təmsil olunmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, o bildirib ki, uzunmüddətli sülh sazişinə nail olmaq üçün Ukraynaya güclü ordu lazımdır.

"Ukrayna ordusunun olmamasına, onun sayının azaldılmasına əsaslanan istənilən razılaşma pozulmağa məhkum olan qeyri-səmimi razılaşma olardı... Sülh təklif edən yalnız bir dövlət var, o da kapitulyasiya olacaq: Rusiya", - Fransa lideri bildirib.

Əziz Mustafa

Seçilən
35
50
oxumeni.az

10Mənbələr