AZ

Həbsdən çıxan keçmiş məhkum kafedə ofisiantı döydü, yenidən tutuldu

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qusar rayonunda kafedə dava düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.

Quldurluq etdiyi üçün 1 il 6 ay azadlıqdan məhrum edilmiş, hadisədən bir müddət əvvəl cəzası başa çatdığı üçün azadlığa buraxılan 1996-cı il təvəllüdlü Rəhman Ağayev (ad və soyad şərtidir) rayon ərazisində tanışının toy mərasimində spirtli içki qəbul edəndən sonra rayon ərazisindəki kafelərdən birinə gəlib, orada pivə sifariş verib. O, əlavə olaraq 4 bakal pivə içdikdən sonra yenidən pivə sifariş verib. Kafedə ofisiant işləyən şəxs yenidən ona pivə süzmək istəyib. Lakin bakal dolmamış pivə qurtarıb. O, yarımçıq bakalı R.Ağayevə gətirib və pivənin qurtardığını bildirib. R.Ağayev ofisiantla mübahisə edib. Mübahisə nəticəsində o, ofisiantı döyüb.

Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər və R.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.Ağayev 6 ay azadlıqdan məhrum edilib.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
5
oxu.az

10Mənbələr